Rusiyada tviter və feysbuk sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.
Xidmətin məlumatına görə, sayta giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun iğtişaşlara, ekstremist çağırışların yer aldığı saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən 15.3-cü maddəsinə əsasən məhdudlaşdırılıb.
Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından feysbuk tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.
Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.