29 Mart 2022
Mətni dəyiş
Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.
“Deputat Delyaginin Azərbaycan, xüsusən Qarabağla bağlı fikirləri Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür açıqlamalar yolverilməzdir”, - deyə Rusiya XİN-dən vurğulanıb.
Rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.