Rusiya ordusu Ukraynanın Xerson şəhərini tam nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bir müddət əvvəl şəhərdə ağır döyüşlərini getdiyi bildirilirdi. Ukrayna Silahlı Qüvvələri bu məsələ ilə bağlı açıqlama verməsə də, sonuncu açıqlamasında qeyd edib ki, Rusiya qoşunları bəzi ərazilərdə sərhədə qədər sıxışdırılıb. “Bu gün səhərə yaxşı xəbərlə başlayaq. 93-cü Soyuq Yar Briqadasının bölmələri bəzi ərazilərdə düşmənin canlı qüvvəsini məhv edib, çoxlu texnika sıradan çıxarılıb”, - deyə bildirilib. Hazırda Xarkovda ağır döyüşlərin getdiyi bildirilir. Rusiya ordusu hərbi obyektlərlə bərabər mülki əhalini də hədəf alır. Aralarında onlarla uşaq olmaqla, yüzlərlə mülki şəxs Rusiya təcavüzü nəticəsində qətlə yetirilib.