Rusiya keçmiş sovet ölkələrinə taxıl və şəkər ixracının bir qismini dayandırıb. Bu barədə ölkənin Baş naziri Mixail Mişustin danışıb.
Mişustin bildirib ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan qonşu ölkələrə iyunun 30-a qədər şəkər, buğda, çovdar, arpa və qarğıdalı ixracı qismən dayandırılır. Təhlilçilər bildiriblər ki, bu addım daxili bazara xarici təsirlərin azaldılması üçün atılıb. Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır. Bazardakı əsas rəqibləri Avropa Birliyi və Ukraynadır. Fevral ayından bəri dünya bazarında buğdanın qiyməti 23 faiz artıb. Ukraynaya təcavüzündən sonra dünya birliyi Rusiya iqtisadiyyatına çox ağır zərbələr vuran sanksiyalar tətbiq edib.