Ukraynada Polşa sərhədindən 25 kilometr məsafədə yerləşən ən böyük hərbi bazalardan biri Rusiya tərəfindən raket hücumuna məruz qalıb.
Bu barədə hökumət məlumat yayıb. Qeyd olunub ki, hücum nəticəsində 35 nəfər ölüb, 134 nəfər yaralanıb.Lvov şəhərinin regional hərbi administrasiyası Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə (Yavoriv hərbi poliqonu) hava zərbəsi endirilməsi barədə məlumat yayıb. İlkin məlumatlara görə, bazaya səkkiz raket atılıb.
Məlumata görə, Qərbdən gələn hərbi dəstəyin böyük hissəsi həmin hərbi bazada saxlanılıb. Ölkənin qərbində yerləşən şəhər qismən təhlükəsiz hesab olunsa da, hazırda ora növbəti hücumlar gözlənilir.
Ehtimal olunur ki, bu zərbələr Ukraynaya hərbi dəstək olan ölkələrə mesaj vermək üçün endirilib.