Rusiya ordusu bu gecə də Kiyevə uğurlu hücum həyata keçirə bilməyib. Məlumatlara görə, bütün istiqamətlərdə hücumə cəhd edən Rusiya ordusu əməliyyatlara kiçik fasilə verməli olub.
Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnika kalonunu, yanacaq olan bir kolonu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub.Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində xeyli itki verib.
Bildirilib ki, Vasilkov və Brovarı şəhərinə hücum edən iki rus təyyarəsi ukraynalı pilotlar tərəfindın vurulub. Daha üç qırıcı isə S-300 zenit-raket bölmələri tərəfindən məhv edilib. Kiyev yaxınlığında “Buk M-1” zenit-raket kompleksi qanadlı raketi və helikopteri vurub.
Ukrayna “Bayraktar” TB-2 PUA vasitəsilə Rusiya ordusuna aid 110-dan çox hərbi texnikasını zərərsizləşdirib.
Qeyd olunub ki, “Bayraktar” TB-2 PUA-larının dəqiq zərbələri ilə Lebedin (Sumı rayonu) yaxınlığında Rusiyanın 96 tankı, 20 “Qrad” qurğusu və 8 yanacaq daşıyan nəqliyyat vasitəsi məhv edilib. Bununla bərabər, Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək.Bildirilib ki, “Bayraktar” TB-2 PUA-larının dəqiq zərbələri ilə Lebedin (Sumı rayonu) yaxınlığında Rusiyanın 96 tankı, 20 “Qrad” qurğusu və 8 yanacaq daşıyan nəqliyyat vasitəsi məhv edilib.