5 Mart 2022
Mətni dəyiş
Rusiya tərəfi martın 5-də Moskva vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00) etibarən Ukraynada sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.
“İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, humanitar dəhlizlər Ukrayna tərəfi ilə razılaşdırılıb.
Rusiya və Ukrayna Belarusda keçirilən danışıqların ikinci raundu zamanı mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması və bu zonalarda mümkün müvəqqəti atəşkəs barədə razılığa gəliblər.