7 Mart 2022
Mətni dəyiş
Rusiya hökuməti Rusiyaya, Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı “dostcasına olmayan hərəkətlər” edən ölkələrin və ərazilərin siyahısını təsdiqləyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Siyahı Rusiya prezidenti Vladimir Putinin Rusiya vətəndaşlarına, şirkətlərinə və dövlətin özünə “dost olmayan” ölkələrdən olan kreditorlara iri məbləğdə borclarını rublla ödəməyə icazə verən fərmanı çərçivəsində hazırlanıb.
Siyahıya
Avstraliya,
Albaniya,
Andorra,
Birləşmiş Krallıq (Cersi adası və Anguilla, Britaniya Virginiya Adaları, Cəbəllütariqin nəzarət edilən xarici əraziləri daxil olmaqla),
Avropa İttifaqına üzv dövlətlər,
İslandiya,
Kanada,
Lixtenşteyn,
Mikroneziya,
Monako,
Yeni Zelandiya,
Norveç,
Cənubi Koreya,
San Marino
Şimali Makedoniya,
Sinqapur,
ABŞ,
Tayvan,
Ukrayna,
Monteneqro,
İsveçrə,
Yaponiya daxildir.
Hökumətin mətbuat xidməti qeyd edir ki, ˝dost olmayan ölkələr˝in şirkətləri ilə bütün əməliyyatlar xarici investisiyalara nəzarət üzrə hökumət komissiyası tərəfindən təsdiqlənəcək.
Yeni prosedura əsasən, Rusiya və ya xarici şirkət ərizəçi haqqında məlumat, o cümlədən şirkətin benefisiar sahibləri haqqında sənəd təqdim etməklə sövdələşmə üçün icazə istəməlidir. Komitə sənədlərə baxıb qərar verəcək.
"Eyni zamanda, onun icrası şərtlərini təyin etməklə əməliyyatın aparılmasına icazə verilə bilər", - məlumatda deyilir.