Rusiya helikopteri Yaponiya hava məkanını pozub. Bunu Yaponiya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, hadisə Hokkaydo adasının Nemuro yarımadasında baş verib. Yaponiya Müdafiə Nazirliyi bildirib ki, əgər bu hal yenidən təkrarlansa, Rusiyaya ağır cavab veriləcək. Fevralın 28-də Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyama bildirib ki, Rusiya Cənub Kuril adalarını işğal edib.
“Şimal ərazilər işğal olunub və biz hesab edirik ki, bu, hazırda Rusiyanın Ukraynaya qarşı etdiyi hücum kimi, beynəlxalq hüquqa ziddir”, - o vurğulayıb.
Moskva ilə Tokio arasında İturup, Kunaşir və Şikotan adalarının məxsusluğuna dair danışıqlar ötən əsrin ortalarından davam edir.
Kuril adalarının cənub qrupu Yaponiyanın şimalında yerləşir.