7 Mart 2022
Mətni dəyiş
Rusiya ordusu martın 7-də “sükut rejimi” elan edib və Kiyev, Xarkov, Sumi və Mariupoldan dinc əhalinin çıxarılması üçün humanitar dəhlizlər açıb. “İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Humanitar dəhlizlər “fəlakətli humanitar vəziyyət” baxımından açılıb.
Agentlik əlavə edib ki, humanitar dəhlizlər insanları hava yolu ilə Rusiyaya çatdırmaq imkanını nəzərdə tutur.
Martın 5-də Rusiya Müdafiə Nazirliyi “sükut rejimi” və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlərin açıldığını elan edib (bu şəhərlər Rusiya qüvvələri tərəfindən bloklanıb, onlarda çətin humanitar vəziyyət var). Lakin humanitar dəhlizlər vasitəsilə kütləvi evakuasiya baş tutmayıb. Rusiya və Ukrayna tərəfləri buna görə bir-birini günahlandırıb.