Rusiya bundan sonra Avropa Şurasında yer almayacaq. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Rusiyaya dost olmayan Avropa İttifaqı ölkələri Moskvaya qarşı ayrı-seçkilik siyasəti həyata keçirirlər.“Hadisələrin gedişatı dönməz xarakter alıb. Biz ABŞ-ın beynəlxalq hüquq normalarını tapdalamasına, kollektiv Qərbin təxribatçı ritorikasına dözmək niyyətində deyilik”, - Rusiya XİN-dən vurğulanılb.
Ukraynaya təcavüzünə görə, ötən həftə Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı prosedur başlayıb. Ölkəyə çox ağır iqtisadi sanksiyalar tətbiq edilib. Bununla bərabər, Ukraynada hələ də gərginlik davam edir.