Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib, ancaq Rusiyanın üzvlükdən çıxarılma proseduru dayandırılmayıb. Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks bildirib ki, çıxarılma prosedura uyğun aparılacaq. AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəmədində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir. Bununla bərabər, Rusiyada qeyri-hökumət təşkilatlarının dəstəklənməsi də müzakirə edilib. Daha sonra, qərar səsverməyə qoyulub. Heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib.