Rusiyanın Ukraynaya təcavüzünün 13-cü günündən etibarən Rusiya ordusu strateji əhəmiyyət kəsb edəcək televiziya və radio stansiyalarını ələ keçirmərə çalışır.
Demək olar ki, bütün istiqamətlərdən hücuma məruz qalan Ukrayna xalqı informasiyanı sosial şəbəkələrlə yanaşı televiziya üzərindən də ala bilirdi. Rusiya bunu etməklə əhalinin məlumata çıxışını azaltmaq istəyir.
Rusiya Müdafiə Nazirliyininn yaydığı görüntülərdən aydın olub ki, Rusiya əsgərləri Berdyansk şəhərində bir televiziya binasına giriblər.
Hərbçilər kanalın sosial platformalarına da nəzarəti ələ götürüblər. Təhlükəsizlik səbəblərindən kanalın ölkədə yayımı dayandırılıb.
Hərbi gərginlik isə hələ də qalmaqdadır.