25 Mart 2022
Mətni dəyiş
“Rusiya ordusunun Ukraynanın dinc şəhərlərinə atdığı bütün yüksək dəqiqlikli raketlərin 60 faizə qədəri hədəfi vura bilməyib. Rusiya raketlərinin bu dərəcədə uğursuzluğuna nəyin səbəb olduğu hələ məlum deyil”.
Bu barədə “Reuters” agentliyi kəşfiyyat məlumatları ilə tanış olan üç ABŞ rəsmisinə istinadən yazır.
Qeyd olunur ki, Rusiya Federasiyasının “yüksək dəqiqlikli” raketlərinin belə qeyri-dəqiqliyi ilə onlardan hər şeyi gözləmək olar: həm uğursuz buraxılışlar, həm də raketin zərbə zamanı partlamaması faktı.
Rusiyanın havadan buraxılan qanadlı raketlərinin uğursuzluq dərəcəsi 20-60 faiz arasında dəyişir. Bununla belə, mütəxəssislərin fikrincə, 20 faiz və ya daha çox uğursuzluq dərəcəsi yüksək hesab ediləcək.
Ukraynada tammiqyaslı xüsusi əməliyyatın ilk 20 günündə Rusiya qanadlı raketlərinin demək olar ki, bütün arsenalını istifadə edib. Söhbət “Kalibr” dəniz bazalı raketlərdən və “İsgəndər” kompleksləri üçün mərmilərdən gedir.
Eyni zamanda, hesablamalar göstərir ki, müharibənin ilk 22 günü ərzində Ukrayna şəhərlərinə 1 100 raket zərbəsi endirilib. Bu, Suriyadakı müharibədən 11 dəfə çoxdur.