1 Mart 2022
Mətni dəyiş
Moskva xarici investorların Rusiya aktivlərindən çıxışını müvəqqəti məhdudlaşdıracaq. Bununla bağlı Rusiya Federasiyası prezidentinin fərman layihəsi artıq hazırlanıb.
Baş nazir Mixail Mişustin sanksiyalar fonunda iqtisadiyyatın dəstəklənməsi tədbirləri ilə bağlı hökumətin iclasında bildirib.
Mişustin qeyd edib ki, hazırkı vəziyyətdə xarici sahibkarlar “iqtisadi amilləri deyil, siyasi təzyiqləri rəhbər tutmalıdırlar”. Bununla bağlı “sahibkarlıq subyektlərinə əsaslandırılmış qərar qəbul etmək imkanı vermək üçün” müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı fərman layihəsi hazırlanıb.
“Əminəm ki, sanksiya təzyiqləri sonda səngiyəcək və xarici siyasətçilərin şüarlarına uyaraq ölkəmizdəki layihələrini ləngitməyənlər qalib gələcək. Təcrübə göstərir ki, bazarı tərk etmək asandır, lakin artıq rəqiblərin sıx məşğul olduğu yerə qayıtmaq daha çətindir”, - baş nazir bildirib.