Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.
Bu barədə Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
"Təxminən saat 02:50 (Bakı vaxtı ilə saat 00:50) dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan və Tacikistan sərhədçiləri arasında növbəti atışma olub", - mətbuat xidmətinin nümayəndəsi bildirib.
Martın 10-da səhər saatlarında Batken regionunda, sərhədin Qırğızıstan-Tacikistan hissəsində, silahdan istifadə ilə bağlı ilk insident baş verib.
Qeyd olunur ki, saat 10:50-də (Bakı vaxtı ilə saat 8:50) sərhədin Teskey rayonunda Tacikistan sərhəd dəstəsi əvvəllər istifadə olunan marşrutu dəyişərək, yeni sərhəd xəttinə keçib və Qırğızıstan sərhədçilərindən bu hissəni tərk etməyi tələb edib.
“Lakin Qırğızıstan sərhədçiləri tacik hərbçilərinə öz niyyətlərini həyata keçirməyə imkan verməyiblər. Nəticədə təxminən 10 dəqiqə davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb”, - deyə bildirilib.