Rusiya prezidenti Vladimir Putin müharibə dövründə səfərbərlik olmayacağını bildirib.
Putin bu barədə 8 mart təbrikində qadınlara səslənərkən danışıb. Putin bildirib ki, hazırda qlobal böhran və müharibə dövründən keçilsə də, hamilə qadınlara və aşağı gəlirli ailələrə dəstək göstəriləcək. Müharibədən də danışan Putin bildirib ki, peşəkar hərbçilər hər şeyi həll edirlər, əlavə qüvvəyə ehtiyac yoxdur. "Bildirmək istəyirəm ki, hazırda məcburi hərbi xidmətdə olanlar döyüşlərdə iştirak etmirlər və etməyəcəklər. Ehtiyatda olan hərbçilər də ordu sıralarına cəlb edilməyəcəklər. Qarşıya qoyulan hədəflərə peşəkar hərbçilərin səyləri ilə çatılır. Onların Rusiya xalqı üçün sülh və təhlükəsizliyi təmin edəcəyinə əminəm", - deyı Vladimir Putin bildirib.