5 Mart 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin rus hərbçilərinin hərəkətləri ilə bağlı “yalan məlumat”lara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu imzalayıb. Bu barədə “İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən yazır.
Qanun Cinayət Məcəlləsinə "Rusiya Federasiyası silahlı qüvvələrinin fəaliyyəti haqqında bilərəkdən yalan məlumatın yayılmasına" və "Rusiya qoşunlarının istifadəsini gözdən salmağa" görə cəza nəzərdə tutan 207.3-cü maddə ilə dəyişiklik edir.
Maddənin sanksiyası bir milyon yarım rubldan çox olmayan cərimədən 15 ilə qədər həbsə qədərdir.
Parlamentə Rusiya ordusu haqqında "yalan məlumat"a görə cəza nəzərdə tutulan düzəlişlərin edilməsi barədə martın 2-də məlum olub. Martın 4-də Dövlət Duması və Federasiya Şurası düzəlişləri təsdiqləyib.