23 Mart 2022
Mətni dəyiş
Rusiya ˝dost olmayan ölkələrə˝ qaz tədarükü üçün ödənişləri rubla çevirəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.
Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.