Prokuror Rusiya müxalifətinin lideri Aleksey Navalnıya 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Bildirilib ki, dövlət ittihamçısı dələduzluq və məhkəməni təhqir etdiyi üçün Aleksey Navalnının 13 il azadlıqdan məhrum edilməsini və 1,2 milyon rubl məbləğində cərimələnməsini istəyib.
Siyasətçi bir ildən çoxdur həbsdədir.
Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.
Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.
Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.