Martın 3-ü Bakıda Rusiya səfirliyinin qarşısında Rusiyaya dəstək aksiyası nəzərdə tutulsa da, polis aksiyanın baş tutmasına imkan verməyib.
Belə ki, Rusiya səfirliyini mühafizə üçün gələn polis qrupları 15:00-da baş tutacaq aksiyanın qarşısını almaq üçün artıq 14:00-dan etibarən əraziyə heç kimi buraxmayıblar.Aksiyada iştirak etmək üçün gələn bir nəfər bildirib ki, Ukraynanı dəstəkləyən bütün azərbaycanlılar faşistlərdir, Rusiya isə Ukraynada faşizmi darmadağın edir.
“Rusiyanın bizim üçün etdiyi bütün yaxşılıqları unudan və Ukraynaya dəstək verən nankor azərbaycanlılara ayıb olsun. Allah sizin cəzanızı verəcək. Onlar heç nə başa düşmürlər. Polislər bizə səfirliyin yanında mitinq keçirməyə imkan vermədilər, yəqin bizim aksiyanı yuxarıdan qadağan ediblər. Yuxarılara lazım olanda Ukrayna üçün kütləvi aksiyanı qadağan etmirdilər”, - aksiya iştirakçısı deyib.
Rusiya səfirliyinə keçmək istəyənlərin əllərində plakatlar və bayraqlar olmayıb.