7 Mart 2022
Mətni dəyiş
Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu bu gün, saat 16:00-a təyin edilib.
Bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib.
"Rusiya Federasiyası ilə danışıqlar. Üçüncü raund. Kiyev vaxtı ilə saat 16:00-da başlayır. Nümayəndə heyəti dəyişməzdir", - mesajda deyilir.
Podolyak Ukrayna nümayəndə heyətinin danışıqlara getdiyini göstərən foto dərc edib.
Bundan əvvəl UNİAN məlumat vermişdi ki, Ukrayna və işğalçı ölkənin nümayəndə heyətləri artıq danışıqların üçüncü raunduna gedirlər.