Türkiyədə öldürülən PKK üzvü ilə şəkli yayılan Diyarbakır millət vəkili Səmra Gözəl barəsində saxlanma qərarı çıxarılıb.
Bu barədə qərarı prokurorluğun təqdimatı əsasında məhkəmə çıxarıb. Belə ki, Gözəl "Silahli terror qruplarına qoşulma" ittihamı ilə dindirilmək üçün prokurorluğa dəvət olunub. Ancaq o, bildirişlərə reaksiya verməyib. Evinə baxış keçirilən zaman məlum olub ki, evdə də yoxdur. Bundan sonra, prokurorluq onun saxlanılması ilə bağlı məhkəmədən qərar istəyib. Məhkəmə müraciətə müsbət cavab verib. 2017-ci ildə Adıyamanda öldürülən PKK üzvü Volkan Boralın telefonuna baxış keçirilən zaman oradan millət vəkili ilə birgə şəkilləri çıxmışdı. Bundan əvvəl Türkiyə Böyük Millət Məcilisində Gözəlin toxunulmazlığının götürülməsi səsverməyə qoyulmuş və qəbul edilmişdi.