“ORT 1” telekanalının “Vremya” proqramı efirdə yayımlanan zaman qızın davranışı xuliqanlıqdır”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov bildirib ki, kanal və uyğun qurumlar bu məsələyə aydınlıq gətirəcək: “Bu, bizim gündəlik məsələ deyil. O ki qaldı qıza, o, xuliqanlıq edib”.
Fevralın 14-ü Rusiya Televiziyasının Birinci kanalında "Vremya" proqramının canlı efirində müharibə əleyhinə aksiya təkadamlıq aksiya olub.
Belə ki, verilişin aparıcısı Ekaterina Andreyeva hökumətin Qərbin sanksiyalarına qarşı addımlarından danışan zaman efir redaktoru Marina Ovsyanikova studiyaya daxil olaraq, "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada yalan danışırsınız" şuarları təsfir edən plakatla efirə çıxır.
Bir neçə saniyədən sonra "Zaman" proqramının rejissorları əvvəlcədən hazırlanmış süjetin kadrları ilə efiri dayandırdılar.