30 Mart 2022
Mətni dəyiş
Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. Krım Rusiya Federasiyasının bir hissəsidir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin taleyini, Rusiya regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb”, deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya prezidentin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb. "Həmkarım Medinski bu gün əlavə məlumat verəcək, ona müracət edə bilərsiniz", - Peskov əlavə edib.