"Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin fikirlərinə reaksiya olaraq bildirib.
Peskov qeyd edib ki, Mixail Delyaginin fikirləri Rusiya dövlətinin rəsmi mövqeyi ilə üst-üstə düşmür.
"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - o deyib. Bu günlərdə Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin çıxışı zamanı bildirib ki, Rusiya Azərbaycanın neft infrastukturunu hədəfə almaqla, ölkəni cəzalandırmalıdır.