Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs İngiltərənin müdafiə naziri Ben Uollesə zəng edib. Bu barədə müdafiə naziri özü "Twitter"də yazıb. .
Nazir bildirib ki, biraz danışandan sonra həmin şəxsin Ukraynanın Baş naziri olmadığını başa düşdüm.
"Bu gün özünü Ukratynanın Baş naziri kimi təqdim edən bir saxtakar mənə zəng etmişdi. Bir neçə çaşdırıcı sualından sonra onun Ukraynanın Baş naziri olmadığını anladım və zəngi sonlandırdım", deyə müdafiə naziri bildirib.
Nazir bildirib ki, Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir".