Özbəkistan Ukraynada yardılan qondarma respublikaları tanımadıqlarını və Ukraynaya dəstək göstərəcəklərini bəyan edib. Dövlətin bu istiqamətdə mövqeyini Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkə Senatının plenar iclasında səsləndirib. O, qeyd edib ki, biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik. “Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradıb. İkincisi, Özbəkistan vəziyyətin və münaqişənin sülh danışıqları və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, - o bildirib. Özbəkistan Ukraynaya 28 ton humanitar yardım göndərib.