Araşdırmaçı jurnalistlər Avropada rusiyalı məmur və oliqarxların 17,5 milyard dollar dəyərində 145 aktivini aşkar ediblər. Bu barədə 24 media partnyoru ilə birlikdə ˝Sanksiyalar Aktivlərinin İzləyicisi˝ layihəsini dərc edən Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Öyrənilməsi Mərkəzi (OCCRP) yazıb.
OCCRP iddia edir ki, yeni layihə “sanksiyaya məruz qalan Rusiya oliqarxları, hökumət rəsmiləri, təbliğatçıları və onların qohumları ilə əlaqəli xarici aktivlərin indiyədək dərc edilmiş ən əhatəli məlumat bazasıdır”.
Layihənin birinci mərhələsində jurnalistlər əvvəllər ictimaiyyətə məlum olmayan ən azı iyirmi obyekt aşkar ediblər.
İstintaqın məlumatına görə, VEB dövlət korporasiyasının sədri və Rusiya baş nazirinin keçmiş müavini İqor Şuvalovun oğlu Yevgeni Şuvalovun ən azı 2017-ci ilə qədər Toskanada villası olub. Villa Şuvalovun o vaxtkı 24 yaşlı oğlunun Britaniyanın Virgin adalarındakı firmasına aid ˝Weitried˝ şirkətinə məxsus idi.
[caption id="attachment_116431" align="alignnone" width="1280"] İqor Şuvalov, Rusiya Federasiyasının keçmiş vitse prezidenti[/caption]Villanın hazırkı sahibi məlum deyil, lakin OCCRP qeyd edir ki, Şuvalova bağlı şirkətə məxsus şəxsi təyyarə bu yaxınlarda Toskana yaxınlığındakı hava limanlarına uçub. Aralıq dənizi sahillərində daşınmaz əmlakın dəqiq qiyməti məlum deyil.
Jurnalistlərin məlumatına görə, 2016-cı ildə iş adamı Oleq Deripaska Kiprin Pafos adasında 650 min dollar dəyərində villa, Limassol şəhərində isə 3 milyon dollara kommersiya obyekti alıb.
Bundan əlavə, oliqarxın Lüksemburqda ofis-qalası aşkarlanıb. Onun Belval kvartalındakı tikintisini Deripaskanın əsas səhmdarı olduğu Avstriyanın ˝Strabag şirkəti˝ həyata keçirir.
[caption id="attachment_116432" align="alignnone" width="2048"] Oleq Deripaska, oliqarx iş adamı[/caption]Biznesmen həmçinin Britaniyanın Virciniya adalarında olan şirkətlər şəbəkəsi vasitəsilə Sardiniya adasında ümumi dəyəri təxminən 410 milyon dollar olan üç villaya sahibdir.
Deripaskanın sözçüsü bildirib ki, iş adamına məxsus bütün əmlak və aktivlər “vicdanla əldə edilib” və “Deripaskanın qurbanı olduğu ˝ifritə ovu˝ yalnız siyasi motivlərlə həyata keçirilir”.
Araşdırmaçılar həmçinin müəyyən ediblər ki, ˝USM˝ holdinqinin sahibi Alişer Usmanovun 30 yaşlı bacısı oğlu Sərvər İsmayılovun Londonda ˝Danewood Drive˝-da 30,8 milyon dollarlıq malikanəsi var. Qardaşı Sancar İsmayılov isə ˝Winnington Road˝-da 28,6 milyon dollarlıq malikanəyə sahibdir.
Usmanovun sözçüsü bacı oğullarının həmin mülkləri milyarderin pulu ilə aldıqlarını təkzib edir. Bununla belə, o, təsdiqləyib ki, Usmanov pulu İsmayılovların anası, bacısı Gülbahora köçürür və öz növbəsində o da bu pulları oğullarına verə bilər.
[caption id="attachment_116433" align="alignnone" width="2048"] Alişer Usmanov, USM holdinqin sahibi[/caption]OCCRP-nin məlumatına görə, Gülhaborun özü Xorvatiya və Kipr şirkətləri şəbəkəsi vasitəsilə Xorvatiyada iki ev və bir torpaq sahəsinə malikdir. Əmlakın təxmini dəyəri 5,6 milyon dollardır.
Jurnalistlər milyarder Roman Abramoviç və ailəsinin əvvəllər məlum olmayan aktivlərini də tapıblar.
˝FinCEN˝ layihəsinin məlumatına görə, onların arasında 29 dekabr 2014-cü ildə Kiprdə yaradılmış ˝HF Trust˝ şirkəti də var. Abramoviçin adı ˝HF Trust˝ sənədlərində qeyd edilmir, lakin araşdırmaçılar 2016-cı il sənədlərinə istinad edərək, onun "yeganə benefisiar" olduğunu iddia edirlər. Cari sahibkar haqqında məlumat mövcud deyil.
2015-2016-cı illərdə ˝HF Trust˝ Britaniyanın Virciniya adalarında bir neçə şirkətə sahib olub, onların vasitəsilə ˝Hedc fondları˝na investisiyalar edilib. Həmin dövrdə investisiyaların həcmi 892 milyon ABŞ dolları ilə 1,3 milyard dollar arasında qiymətləndirilirdi.
[caption id="attachment_116435" align="alignnone" width="1750"] Roman Abramoviç, iş adamı oliqarx[/caption]˝FinCEN˝ sənədləri həmçinin Abramoviçin 2016-cı ildə ˝Sara Trust˝-ın benefisiarı olduğunu ortaya çıxarıb. Bu qurum 2015-2016-cı illərdə 304 milyon dollar məbləğində şübhəli əməliyyatlarda iştirak edən bir neçə Kipr şirkətinin sahibi olub.
Araşdırmaçıların məlumatına görə, Abramoviçin keçmiş həyat yoldaşı İrina dörd övladı ilə birlikdə Avropada beş malikanəyə sahibdir. Onların arasında 2021-ci ildə Londonda ˝Tor Garden˝ iqamətgahında 17,5 milyon funt-sterlinqə (23 milyon dollar) alınmış malikanə də var.