23 Mart 2022
Mətni dəyiş
Avropada hərraclarda qazın 1000 kubmetr üçün 4000 ABŞ dolları qiymət səviyyəsi son hədd deyil, çünki Avropada yeraltı anbarlardakı qazın həcmi keçən illə müqayisədə xeyli azdır.
Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib.
O vurğulayıb ki, qiymət artımı və enerji resurslarının qıtlığına baxmayaraq, Avropa İttifaqı ABŞ-ın təzyiqi altında Avropa istehlakçılarının ziyanına “Şimal axını - 2” qaz kəmərini istismara verməkdən imtina edib.
A. Novakın sözlərinə görə, son bir ildə Avropada elektrik enerjisinin qiyməti 10 dəfə, qazın qiyməti 5 dəfə, neft məhsullarının, məsələn, Almaniyada qiyməti 40% artıb.