10 Mart 2022
Mətni dəyiş
Nikolayev vilayət hərbi idarəsinin rəhbəri Vitali Kim dinc əhaliyə atəş açmayan rus hərbçiləri üçün “yaşıl dəhliz” təşkil etmək qərarına gəlib.
O, bu barədə yeni videomüraciətində danışıb.
"İstənilən halda şans veririk. Bilirik ki, onlar Xerson və Nikolayev vilayətlərinin sərhəddində dayanıblar. Bizimkilərlə danışırlar. Rusların problemi nədir: hücum etmək istəmirlər, inanırlar ki, onları aldadıblar.Təlimlər deyiblər... az qala hamısı danışır. Amma geri çəkiləndə güllələnəcəklərini bildikləri üçün təslim ola bilmirlər”, – Kim deyib.
Bununla bağlı Vitali Kim “yuxarılara müraciət edib˝ “ruslar üçün yaşıl dəhliz” barədə razılaşmaq niyyətindədir: “Hələ atəş açmayanlar, yaşamaq istəyənlər... Mən onlarla göstərişlərlə birlikdə qaynar xətt təşkil edəcəyəm".
"Bu, artilleriyaçılara və raketatanlara aid deyil. Onların Mariupoldan sonra heç bir variantı yoxdur. Siz ya qaçacaqsınız, ya da torpağa qarışacaqsınız", - Kim deyib.
Martın 9-da rus qoşunları Mariupoldakı doğum evinə hava bombası atıb.