Neftçala şəhər sakinin Ukraynada rus əsgərləri tərəfindən əsir götürüldüyü bildirilir. Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub. Bu barədə onun yaxınları məlumat veriblər. Onlar bildiriliblər ki, o 3-cü kurs tələbəsi olub. Rusiya əməliyyatı zamanı Ukraynanın "Mariupol" şəhərində əsir götürülüb. Əsir götürən tələbənin valideyinləri dövlətdən dəstək istəyirlər. Onlar övladlarının azad olunması üçün addımların atılmasını istəyirlər.