Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Türkiyədə səfərdədir. O, Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gedib. Nazarbayevi forumda iştirak etməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib. Bununla bərabər, forumda ilk dəfə Ermənistan nümayəndə heyəti də iştirak edəcək. İkinci Qarabağ Müharibəsindən sonra hər iki ölkə arasında yaxınlaşma olub və Türkiyə foruma Ermənistanı da dəvət edib. Forumda Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dimitri Kulebanın da görüşü baş tutacaq. Görüş Türkiyənin təşəbbüsü ilə keçiriləcək. Ehtimal olunur ki, forumda əsasən Ukrayna ətrafında baş verən məsələlər müzakirə edilsin.