11 Mart 2022
Mətni dəyiş
Hazırda Vladimir vilayətində koloniyada olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı martın 13-də saat 14:00-da rusları növbəti dəfə şəhərlərin əsas meydanlarında müharibə əleyhinə mitinqlərə çıxmağa çağırıb. Bu barədə onun sosial şəbəkələrində yazı dərc edilib.
Siyasətçi bildirib ki, “dəli manyak Putini” dayandırmağın ən sürətli yolu Rusiya xalqının müharibəyə qarşı çıxmasıdır. “Və bu, çətin bir marafondur. Yorucu mübarizədir. Qorxu və həbslərlə. Ancaq bu, şübhəsiz ki, mənasız bir döyüş deyil. Çarəsizliyin simvolik jesti deyil”, - yazıda deyilir.
Navalnının qeyd etdiyi kimi, “saray sosiologiyasının” fikrincə, işğala görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməmişdən əvvəl də hər üçüncü rusiyalı müharibəni dəstəkləmirdi. Siyasətçi hesab edir ki, gələcəkdə müharibənin əleyhdarlarının sayı yalnız artacaq.
Mağazalardakı qiymətlərdən tutmuş günahsız insanı öldürməyə çalışarkən səbəbsiz gəbərən qohumu üçün ağlayan qonşuya qədər hər şey mənasız qırğının getdiyini xatırladacaq. O dəli Putin baba indi Ukraynanı dağıdacaq, Rusiyanı da məhv edəcək.
Və bu anda işığı görən hər kəs başa düşməlidir: belə düşünən tək mən deyiləm. Mənimlə həmfikir olanlar var. Mən də müharibəyə qarşı küçələrə çıxacağam. <…>
Ona görə də bizim bu yorucu marafonu dayandırmağa haqqımız yoxdur. Və hər həftə sonu müharibə əleyhinə mitinqlərə getməlisən, hətta hamının getdiyi, ya da qorxduğu görünsə belə. Tək olsanız belə, siz qoşulacaq tərəfsiniz. Siz müharibəyə və ölümə qarşı hərəkatın dayağısınız. Siz planetin ən vacib insanısınız˝.