2 Mart 2022
Mətni dəyiş
Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı rusları Moskvanın Ukraynadakı hərbi kampaniyasına qarşı gündəlik etiraz aksiyaları keçirməyə çağırıb.
“Aleksey Navalnı insanları hər gün saat 19:00-da, istirahət günləri isə saat 14:00-da küçələrə çıxıb müharibəyə etiraz etməyə səsləyir. Harada olmağınızdan asılı olmayaraq, şəhərin əsas meydanına çıxın və etiraz edin”, – Aleksey Navalnının sözçüsü Kira Yarmış belə deyir.
Navalnının hərəkatı daha əvvəl Rusiyanın qonşusuna təcavüzünə etiraz etmək üçün vətəndaş itaətsizliyi kampaniyasına çağırmışdı.
Həmin çağırışda bildirilirdi: “Putin Ukraynaya müharibə elan edib. Ancaq bunu elə formada təqdim edirlər ki, sanki Ukrayna Rusiya tərəfindən, yəni hamımız tərəfindən işğala məruz qalıb. Bu, düzgün deyil”.
Aleksey Navalnı ötən il Moskva Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib.