3 Mart 2022
Mətni dəyiş
Ukraynanın Nazirlər Kabineti Rusiyanın işğalı nəticəsində işini itirmiş ukraynalılara 6,5 min qrivna (365 AZN) ödənilməsini nəzərdə tutan xüsusi yardım proqramı hazırlayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
"Dövlətimizin bütün bölgələrində müharibədən zərər çəkmiş ukraynalılar ehtiyac duyduqları hər şeyi bizdən alacaqlar. Koordinasiya qərargahı tam gücü ilə işləyir. Əsl humanitar yüklər yoldadır. Artıq hökumətimiz müharibə səbəbindən işləmək imkanını itirmiş bütün ukraynalılar üçün xüsusi yardım proqramı hazırlayıb. Müharibə olan yerdə hər muzdlu işçi, hər kiçik biznes sahibi, Rusiyanın işləmək imkanını əlindən aldığı hər bir Ukrayna vətəndaşı heç bir şərtsiz 6500 qrivna alacaq", - prezident bildirib.
Bundan əvvəl Ukraynanın Maliyyə Nazirliyi vətəndaşların pensiya, əmək haqqı, sosial ödənişləri vaxtında və tam şəkildə alacağına vəd verib.