"Müdafiə Xətti" Rusiya səfirliyi önündə Ukraynanın işğalına etiraz aksiyası keçirib

"Müdafiə Xətti" Rusiya səfirliyi önündə Ukraynanın işğalına etiraz aksiyası keçirib
4 Mart 2022
Mətni dəyiş
Bu gün bir qrup azərbaycanlı hüquq müdafiəçisi Rusiya Federasiyasının Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib. Polis əməkdaşları aksiya iştirakçılarını səfirliyin binasına yaxınlaşmağa icazə verməyiblər. Bu, etirazçıların qəzəbinə səbəb olub və onlar səfirliyin yaxınlığında bəyanatlarını oxuyublar. Bəyanatda Rusiya işğalının dərhal dayandırılması, qoşunların Ukraynadan tamamilə çıxarılması və qonşularla münasibətlərin danışıqlar masası arxasında həll edilməsi tələbi yer alıb. Bundan sonra etirazçılar "İşğala son!" şüarı səsləndiriblər və bəyanatı polis əməkdaşlarına təqdim ediblər, polislər sənədi səfirliyə verməyi vəd edib. Aksiya "Müdafiə Xətti" tərəfindən təşkil edilib. Tədbirdə QHT-nin sədri Rüfət Səfərov, təşkilat üzvləri Zaur Əkbər, Zəfər Əhmədov, Əlaif Həsənov, ictimai fəal Bəxtiyar Hacıyev və başqaları iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun