8 Mart 2022
Mətni dəyiş
Dünyanın ən böyük maliyyə korporasiyalarından biri olan ˝Morgan Stanley˝-nin analitikləri Rusiyanın defoltunu proqnozlaşdırırlar. Defolt 2023 və 2043-cü illərdə ödəmə müddəti başa çatan dollar istiqrazları üçün 30 günlük güzəşt müddətinin sona çatdığı aprelin ortalarında gözlənilir. Bu barədə Bloomberg yazır.
"Biz defoltu ən çox ehtimal olunan ssenari kimi görürük. Onun normal defolt kimi görünməsi ehtimalı azdır və Venesuela bəlkə də ən uyğun müqayisədir", - ˝Morgan Stanley˝ bildirib.
Təhlilçilər deyirlər ki, Rusiya Venesuelaya bənzəyir, həm də sanksiyalar ləğv edildikdən sonra işə düşəcək əhəmiyyətli neft aktivlərinə malikdir. Həmçinin, onların fikrincə, istiqrazlar üzrə defolt və məhkəmə qərarı halında, kreditorların hazırda Rusiyadan kənarda dondurulmuş bütün aktivlərə, o cümlədən valyuta ehtiyatlarına çıxış əldə etmək riski artır.
˝Morgan Stanley˝-in fikrincə, ABŞ banklarının Rusiya Xəzinədarlıq Departamentindən kupon ödənişlərini qəbul edə bilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik var.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərb ölkələri bir neçə sanksiya paketi qəbul edib, özəl şirkətlər bir-bir Rusiya bazarını tərk edir və ya Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırır.
Rusiya hazırda dünyada ən çox sanksiyalara məruz qalan ölkədir. Castellum.ai sanksiya məlumat bazasının hesablamalarına görə, o, İran və Şimali Koreyanı da keçib.
Fevralın 22-dən bəri Rusiyaya qarşı Krımın ilhaqından, Solsberidə zəhərlənmədən və ABŞ seçkilərinə müdaxilədən sonra ümumilikdə sanksiyalardan daha çox sanksiyalar tətbiq edilib.