Moldova prezidenti Maya Sandu Rusiyanı qonşunlarını Dnestryanıdan çıxartmağa çağırıb. Prezident bu tələblə ilk dəfə yeni prezident seçiləndə çıxış etmişdi, ancaq sonradan bu məsələ gündəmdən düşdü.
Sandu yeni çağırışında qeyd edib ki, Rusiyanın Dnestryanıda münaqişə yarandığı gündən hər şeydə mühüm rolu var. Prezident bildirib ki, Kişinyov Rusiya ordusunun Moldova ərazisindən çıxarılmasında israr etməkdə davam edir.Əhalisinin 60 faizini ruslar və ukraynalılar təşkil edən Dnestryanı bölgə Moskva tərəfindən dəstək alır. 1991-92-ci illərdə baş vermiş müharibədən sonra region Moldovadan ayrılıb.
Maya Sandu prezidentlik postuna 2020-ci ildə seçilib. O, qərbyönümlü siyasətçi kimi tanınır. Martın 4-ü ölkə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edib.