Moskvanın Ostankinski Rayon Məhkəməsi "Birinci kanal"ın redaktoru Marina Ovsyannikovanın 30 min rubl (280 dollar) məbləğində cərimələyib.
Məhkəmə səbəb kimi Marina Ovsyannikovanın efirdə “Müharibəni dayandır! Təbliğata inanmayın, burada sizə yalan danışırlar” çağırışını əsas gətirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da hadisəni şərh edib. Peskov bildirib ki, ORT 1” telekanalının “Vremya” proqramı efirdə yayımlanan zaman qızın davranışı xuliqanlıqdır.
Onun sözlərinə görə, kanal və uyğun qurumlar bu məsələyə aydınlıq gətirəcək: “Bu, bizim gündəlik məsələ deyil. O ki qaldı qıza, o, xuliqanlıq edib”
Martın 14-də Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Vremya” proqramında aparıcı Yekaterina Andreeva xəbərləri oxuyarkən qəflətən kanalın redaktoru Marina Ovsyannikova əlində plakat studiyaya girib və müharibə əleyhinə şüar səsləndirib.