Azərbaycan hökumətinin əleyhinə tənqidi fikirlər səsləndirdikən sonra Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasları davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanına 90 nəfər hissə-hissə dindirilir.
Martın 5-də keçirilən prosesdə müğənni Afət Fərmanqızı da dindirilib. Müğənni bildirib ki, Maksud Mahmudov ondan şantaj üsulu ilə pul istəyib, pulu vermədikdə isə, ona aid olmayan, montaj edilmiş video yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib.
“Məcbur olub dövlət qurumlarına müraciət etdim. Maqsud məni həm təhqir, həm də təhdid edirdi. Məqsədi isə bizdən pul almaq idi. Daha sonra ona pul vermədik deyə, təhdidə başladı və 1 000 manat pul istədi. Maqsuda niyə pul verməliyəm ki?", - deyə o, sual edib.
Afət Fərmanqızı bildirib ki, onun şntajlarına görə bəzi müğənnilər pul versə də, nə Manaf Ağayev, nə də özü heç bir halda pul verməyib.
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.