Ukraynada Rusiya təcavüzünə qarşı mübarizə bütün cəbhələrdə və formalarda davam edir. Bu dəfə Lvivin mərkəzində Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölən uşaqların rəmzi olaraq, 109 boş uşaq arabası qoyulub.
Hromadske yazır ki, aksiyanı Lviv Şəhər Şurası təşkil edib. Onların hesablamalarına görə, müharibənin başladığından bəri keçən 22 gün ərzində 109 uşaq həlak olub.
BMT Rusiya fevralın 24-də işğala başlayandan bəri Ukraynada 726 mülki vətəndaşın öldürüldüyünü, 1000-dən çox mülki vətəndaşın yaralandığını təsdiqləyib. BMT həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, münaqişə 3,1 milyondan çox insanın qonşu Avropa ölkələrinə qaçmasına səbəb olub və daha 2 milyon insan Ukrayna daxilində didərgin düşüb.