"Rusiyaya qarşı sanksiya siyasəti davam edəcək, amma Rusiya Federasiyası artıq buna öyrəşib"
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russian Today" telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın Qərbdəki partnyorlarına etibar edə biləcəyi ilə bağlı illuziya artıb tam dağılıb. "Biz Qərbdəki partnyorlarımızızın atdığı misli görünməmiş addımları müşahidə edirik. Lavrov qeyd edib ki, bura Rusiyanın marginallaşdırılması, onun qarşısını almaq, inkişafını əngəlləmək, həmçinin Rusiyanın dünya siyasətində, iqtisadiyyatında, incəsənətində, idmanında, ticarətində, elmində rolunu sıfıra endirmək daxildir.
"Biz qapılarımızı Qərb üçün bağlamamışıq, amma onu artıq etibarlı partnyor hesab etmirik", - deyə o bildirib.
XİN başçısı deyib ki, Moskva qarşılıqlı hörmət əsasında istənilən kəslə əməkdaşlığa hazırdır və bura Şərq ölkələri daxildir. Onun sözlərinə görə, Çin, Hindistan, Braziliya, Meksika kimi ölkələr ABŞ-ın diqtəsiylə durub oturmayacaqlar.