8 Mart 2022
Mətni dəyiş
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyəti mühasirəyə alınmış Mariupoldan mülki əhalinin çıxmasını təmin etmək üçün Rusiya Federasiyasına təzyiq göstərməyə çağırıb.
O, bu barədə öz Twitter səhifəsində yazıb.
Kuleba vurğulayıb ki, Rusiya faktiki olaraq şəhərin 300 min dinc sakinini girov götürüb və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə razılaşmalara baxmayaraq, onların təxliyəsinə imkan vermir.
"Dünən artıq bir uşaq susuzluqdan öldü! Müharibə cinayətləri Rusiyanın seçdiyi strategiyanın bir hissəsidir. Mən bütün ölkələri Rusiyadan açıq şəkildə tələb etməyə çağırıram - insanlar çölə çıxsın!" – deyə xarici işlər naziri yazıb.
https://twitter.com/DmytroKuleba/status/1501145016789782532?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1501145016789782532%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.pravda.com.ua%2Frus%2Fnews%2F2022%2F03%2F8%2F7329445%2F
Prezident Vladimir Zelenski də analoji müraciətlə çıxış edib.
“Ukrainskaya Pravda”nın yazdığına görə, martın 8-də günorta saatlarında Azov alayı bəyan edib ki, rus qoşunları Mariupola hücuma başlayıb və insanları şəhərdən buraxmır.
Sumidən təxliyə edilən insanların ən azı bir qismi oranı tərk edə bilib.