10 Mart 2022
Mətni dəyiş
Kiyev meri Vitali Kliçko hər ikinci sakinin şəhəri tərk etdiyini bildirib.
“Son hesablamalara görə, hər ikinci Kiyev sakini şəhəri tərk edib, hazırda Kiyevdə iki milyondan bir az az insan var. Buna baxmayaraq, Kiyev indi qalaya çevrilib”, “Ukrainska Pravda” ondan sitat gətirir.
Rusiya qoşunları fevralın 24-də Ukraynaya müdaxilə başlayandan bəri Kiyevi mühasirəyə almağa çalışır və onun şimal-qərb ətrafını ələ keçirib. Ukrayna hakimiyyəti hesab edir ki, Kiyevin ələ keçirilməsi Rusiya ordusunun əsas vəzifələrindən biridir.