Keçmiş icra başçısı əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib

Keçmiş icra başçısı əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib
19 Mart 2022
Mətni dəyiş

Martın 18-də Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin növbəti məhkəmə prosesi keçirilib.  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə keçmiş icra başçısına hökm oxunub. O, əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Bundan əvvəl dövlət ittihamçısı onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Quliyev 2020-ci il aprelin 29-da həyata Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun