23 Mart 2022
Mətni dəyiş
İtaliya, Hollandiya və Polşa Kremlin Ukraynada başlatdığı müharibəyə görə rus oliqarxlarının aktivlərini dondurub.
İtaliya 880 milyon dollar (800 milyon avro) dəyərində aktivlərini dondurub. "La Stampa" xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi parlamentin aşağı palatasında çıxışı zamanı deyib.
"İtaliyada biz rus oliqarxlarının 800 milyon avroluq aktivlərini dondurduq", - Draqi deyib. Onun sözlərinə görə, İtaliya həmçinin Ukraynaya maliyyə və humanitar yardım təklif edir.
CNN-in ölkənin Maliyyə Nazirliyinin məktubuna istinadən verdiyi məlumata görə, Hollandiya Rusiyanın təxminən 431 milyon dollar (392 milyon avro) aktivini dondurub. Eyni zamanda, nazirlik aktivlərə həbslərin davam etdiriləcəyini qeyd edib.
Polşa öz ərazisindəki hesablarda təxminən 33 milyon dollar (140 milyon PLN) dondurub. Bu barədə hökumət sözçüsü Petr Müller Tvitter hesabında məlumat verib.
https://twitter.com/PiotrMuller/status/1506263217261228033?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1506263217261228033%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fitaliya-niderlandy-i-polsha-zamorozili-aktivy-oligarhov%2F31765291.html
Bundan əvvəl Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində vəsaitini, habelə sanksiyalara məruz qalan fiziki şəxslərin hesablarını və 850 milyon avro məbləğində daşınmaz əmlakını dondurub.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ-yə üzv ölkələr və digər ölkələr bir neçə sanksiya paketi qəbul ediblər. Martın əvvəlində İtaliyanın xarici işlər naziri Luici Di Mayo bəyan edib ki, ölkə “rus oliqarxlarının əmlakının” müsadirəsi prosesinə başlamağa hazırdır.
ABŞ Rusiya elitasının Qərbdəki aktivlərini axtarmaq və ələ keçirmək üçün beynəlxalq qrup yaradıb. Onun tərkibinə Avstraliya, Böyük Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Avropa Komissiyasının nümayəndələri daxildir. Qrup üzvləri diqqətlərini üzərində cəmləməli olduqları 50 nəfərlik siyahı da alıblar.