İsveçin Baş naziri Maqdalena Andersson bildirib ki, ölkəsinin NATO-ya üzvlük üçün müraciət etməsi Avropada təhlükəsizlik problemləri yarada bilər.
Andersson bu barədə keçirdiyi mətbuat konfransında danışıb. Ancaq Andersson bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərini tənzimləndirən “Lissabon müqaviləsi” çərçivəsində qeyd olunur ki, bir Avropa İttifaqı ölkəsinə təcavüz olarsa, digər bütün ölkələr ona kömək etməlidirlər. İsveç 1814-cü ildən etibarən heç bir müharibədə iştirakçı olmayıb və xarici siyasətini başqa hərbi ittifaqlara qoşulmamaq üzərində qurub. Ancaq İsveç Rusiyanın Ukraynaya hücumundan sonra NATO ilə yaxın əlaqələr qurmağa meyl göstərib. Rusiya tərəfi isə açıqlama verərək bildirib ki, Rusiya Federasiyası İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür. Ukraynada isə Rusiya təcavüzü davam edir.