İngiltərə "Russia Today"ın yayım lisenziyasını ləğv edib

İngiltərə "Russia Today"ın yayım lisenziyasını ləğv edib
18 Mart 2022
Mətni dəyiş

Rusiyanın Ukraynaya təcavüzü səbəbindən bəzi ölkələr Rusiyaya tətbiq olunan sanksiyaların əhatəsini genişləndirirlər. Son olaraq İngiltərə "Russia Today"ın yayım lisenziyasını ləğv edib. Bu barədə qərarı İngiltərədə mediaya nəzarət edən "Ofcom" qurumu verib. Qurum yaydığı açıqlama qeyd edib ki, burada əsas səbəb Rusiya təbliğatı və media orqanının Rusiyadan maliyyələşməsi olub. Bildirilib ki, hazırda qurumda "Russia Today"ın propoqanda xarakteri daşıyan 29 materialı ilə bağlı təhlil aparılır. Bundan əvvəl də bir sıra hökumətlər Rusiyadan maliyyələşən media orqanlarının ölkələrində fəaliyyətini dayandırmışdı. Qarşılıqlı olaraq Rusiya da bir çox media quruluşunun saytını Rusiyada bloklayıb. Azərbaycandan isə "haqqın.az" saytı Rusiyada bloklanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun