Honduras Ali Məhkəməsi sabiq prezident Xuan Orlando Hernandesin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı qərar verib.
Sabiq prezident bu ilin fevralında ABŞ-nin tələbi ilə saxlanılmışdı. O, Birləşmiş Ştatlara narkotik və silah qaçaqmalçılığında ittiham olunur. Sabiq prezident saxlanılan zaman əlləri və ayaqları bağlı şəkildə, güclü polis nəzarəti altında polis idarəsinə aparılmışdı. Amerika sabiq preizdentin ölkədəki böyük cinayətkar qruplarla əlaqəli olduğunu bildirib. Bundan əvvəl Xuan Orlando Hernandesin qardaşı Xuan Entoni Toni Hernandez də eyni ittihamlarla həbs edilmişdi. O, 2021-ci ilin martında ABŞ-da ömürlük azadlıqdan məhrum edilmişdi.